Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat, ixrac 858,9 milyon kVt/saat, idxal isə 125,5 milyon kVt/saat olub.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə