Kirayə evlər bahalaşıb? - EKSPERT DANIŞDI

"2021-ci ildən başlayaraq 2023-cü ilin sonuna kimi orta hesabla daşınmaz əmlakın qiyməti 35 faiz civarında bahalaşıb". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

Elnur Azadov sözlərinə belə davam edib: "Lakin 2023-cü ilin dekabrından başlayaraq, yəni ipotekaların verilməsi prosesi dayandıqdan sonra (resurslar banklar tərəfindən bitdi) qiymətlərin tədricən stabilləşməsi müşahidə olundu. Bu ta ki davam etdi bu ilin fevral ayına kimi. Fevral ayının ortalarından ipotekalar aktivləşdi. Nisbətən bu ilin fevral-may ayları canlanma müşahidə olundu. Qiymət artımı da 5 faiz civarında oldu. Bu, müxtəlif siqmentlərdən asılıdır.

Daha çox ipotekaya yararlı daşınmaz əmlakda qiymət bahalaşması müşahidə olundu. Bəzi ərazilərdə torpaqların qiymətləri bahalaşdı. Hazırkı say məhdud, tələbat olduqca yüksək, təklif isə azdır. Bu həm Bakı-Abşeron ərazisinə, həm də regionlara aiddir.

May ayından sonra, iyun ayının əvvəlindən etibarən bu günə kimi qiymətlərdə stabilləşmə qeyd olunur. Yəni qiymət artımı müşahidə olunmur. Burada istisna hal bağ mövsümü ilə bağlıdır. Bu da tələbatın yüksək olması ilə bağlıdır. Həmçinin, kirayə verilən bağ evlərində qiymət artımı mövsümü görə müşahidə olunur.

İndiki vəziyyətdə isə yalnız kirayə evlərin bahalaşmasını görürük. Belə ki, Bakı və regionlarda olan böyük şəhərlərə tələbə axını başlayıb. Təkliflərin sayı olduqca azdır. Bir mənzilə ən azı 10 müraciət var. Bu baxımdan bu seqmentdə olan evlər 20 faiz bahalaşmaqdadır. Bu tendensiya oktyabr ayının əvvəlinə qədər davam edəcək. İlin sonuna kimi qiymətlərdə ciddi bir bahalaşma müşahidə olunmayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə