Qazaxıstanın ucuz qiymətlər təklif edən “FlyArystan” aviaşirkəti (loukosteri) yay fəsli üçün yeni uçuş cədvəlini elan edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, indi Aktaudan Bakıya həftədə üç dəfə reyslər təşkil olunur.
Aviaşirkət iyulun 16-dan avqustun 30-dək çərşənbə və bazar günləri olmaqla Aktaudan Bakıya reyslər həyata keçirəcək. Bir müddət əvvəl şirkət həmçinin Astana şəhərindən Bakıya iyun ayından etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirilən uçuşları bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB