İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin gənc əməkdaşlarından və “Uğur yolu” müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası çərçivəsində Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilən vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, tədbirdə ölkələrin və vergi administrasiyalarının təqdimat videoları nümayiş etdirilib, nümayəndə heyətləri təqdim olunub. Daha sonra “Karyera yolu” və “Vergi qurumunun gələcəyi” mövzuları üzrə “dəyirmi masa”lar keçirilib.
Həmçinin Koordinasiya Şurası çərçivəsində Gənclər Şurasının yaradılması və funksionallığı konsepsiyası müzakirə olunub, eləcə də 2024-2025-ci illər üzrə birgə tədbirlərin təqvimi layihəsi hazırlanıb. Beş günlük forum çərçivəsində iştirakçılar gələcəkdə əməkdaşlıq sahələrini genişləndirmək və inkişaf etdirmək üçün komanda tapşırıqlarında və mühazirələrdə iştirak ediblər.
Forumun maraqlı tərəflərindən biri də MDB ölkələrinin mədəniyyətlərinin inteqrasiyası ilə bağlı hissə olub. Burada ölkələrin milli çay ənənələri təqdim edilib. Azərbaycan nümayəndə heyətinin ölkəmizin milli çay adətləri və şirniyyat süfrələri ilə bağlı təqdimatı iştirakçılarda böyük maraq yaradıb. Bununla yanaşı, üzv ölkələrin ənənələri və dəyərlərinin öyrənilməsi məqsədilə digər təqdimatlar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB