Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

Azərbaycanın Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlığı müzakirə edilib. SİA-nın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr energetika naziri Pərviz Şahbazov “China Southern Power Grid Company” və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətlərini təmsil edən Avrasiya Regionu üzrə baş menecer Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən aparılıb.

Görüşdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi çərçivəsində cari onillik ərzində mövcud elektrik enerjisi şəbəkəsinə inteqrasiya ediləcək yaşıl güclər barədə məlumat verilib.

Qarşı tərəfin batareya tipli və hidroenerji əsaslı enerji saxlanc sistemlərinə dair təkliflərini özündə ehtiva edən təqdimatı dinlənilib. Hər iki texnologiyanın spesifik xüsusiyyətləri nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə