“İxrac ölkəyə valyuta gətirir“ - DEPUTAT DANIŞDI

“Azərbaycanın xarici ölkələrlə əməkdaşlığı, eləcə də iqtisadiyyat dövriyyəsində artım müşahidə olunur. Ticarət dövriyyəsindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Nəzərə almalıyıq ki, ixrac ölkəyə valyuta gətirir. Buna görə də xarici ölkələrlə əlaqələri gücləndirməliyik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ixracla məhsullarımız yeni bazarlara çıxır və ixracatın diversifikasiyası həyata keçirilir: “Qeyri-neft ixracatının artırılması isə Azərbaycan üçün prioritetdir. İstər bazarların şaxələndirilməsi, istərsə də qeyri-neft ixracatının məhsul baxımından daha keyfiyyətcə dəyişikliklərə nail olması da əsas hədəflərdəndir. Bu konteksdən bir tərəfdən yeni bazarlara Azərbaycan məsullarının çıxarılması müşahidə olunur, digər tərəfdən isə əmtəə strukturunda keyfiyyət dəyişiklikləri intensivləşib. Bu baxımdan xarici ölkələrlə əlaqələrin gücləndirilməsi Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Bu ölkəyə daha çox valyutanın daxil olmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə gətirib çıxarır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə