Əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzalanıb - YENİLƏNİB

Əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzalanıb - YENİLƏNİB

Bu gün Minskdə Azərbaycan və Belarus arasında əməkdaşlığın 2025-ci ilə qədər inkişafına dair Yol Xəritəsi imzalanıb. SİA xəbər verir ki, sənədi Azərbaycanın Baş nazirin müavini Əli Əhmədov və Belarusun Baş nazirinin müavini İqor Petrişenko imzalayıblar.

Bununla yanaşı, Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokolu da imzalanıb.

Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair imzalanmış digər sənədlər arasında Belarus Ticarət və Sənaye Palatası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq memorandumu, Belarus Peşə Təhsili İnstitutu ilə Azərbaycan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu da var.

Belarus Respublikasının Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında fitosanitar nəzarəti sahəsində informasiya sistemlərindən istifadə etməklə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sahəsində qarşılıqlı əlaqələrinin təşkili üzrə texniki qaydalar da təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə