ADY ötən ay 700 minə yaxın sərnişin daşıyıb

ADY ötən ay 700 minə yaxın sərnişin daşıyıb

Bu ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 687 943 sərnişin daşıyıb. SİA bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 96,1 %-i və yaxud 661 208 nəfəri Abşeron dairəvi, 3,5 %-i və yaxud 24 217 nəfəri Bakı-Ağstafa-Bakı, 0,4 %-i və yaxud 2 518 nəfəri isə Bakı-Qəbələ-Bakı marşrutu ilə daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə