Türkiyənin xam polad istehsalı aprel ayında keçən ilin eyni ayına görə 4,4 faiz artıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Polad İstehsalçıları Birliyi (TÇÜD) 2024-cü il aprel ayı polad istehsalı, istehlakı və xarici ticarət məlumatlarını açıqlayıb.
Aprel ayında Türkiyənin xam polad istehsalı keçən ilin eyni ayına görə 4,4 artaraq 2,8 milyon tona çatıb. İlin ilk 4 ayında istehsal 22,1 faiz artaraq 12,3 milyon ton olub. Apreldə polad məhsulları ixracatı 64,6 faiz artımla 1 milyon ton olaraq qeydiyyata düşüb.
2024-cü ilin yanvar-aprel dövründə ixrac 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz artaraq 4,2 milyon tona çatıb.
Aprel ayında idxal keçən ilin eyni ayına görə 12,4 azalaraq 1,5 milyon ton olaraq hesablanıb.
Yanvar-aprel dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə xam polad idxalı 5,9 faiz azalaraq 5,5 milyon ton olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB