COP29 iqtisadiyyata hansı töhfələri verəcək? - DEPUTAT FİKİR BİLDİRDİ

“COP29 beynəlxalq səviyyəli tədbirdir. Bu tədbiri təhlükəsizlik təmin olunmuş, iqtisadi gücə malik və etibarlı ölkələr keçirir. Çünki COP29-a ev sahibliyini bütün dünya ictimaiyyətin razılığı ilə verilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasəti sayəsində dünya ictimaiyyətinin rəğbətini qazanmış nüfuzlu ölkədir: “Ona görə də biz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyik. COP29-un ölkəmizdə keçirilməsinin siyasi və iqtisadi əhəmiyyəti çox böyükdür. Bu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq arenalarda sözünün gücünü, dostlarımızın sayını artırır və ədalətli ölkə olduğumuzu bir daha təsdiq edirik. COP29-un iqtisadi əhəmiyyəti çox böyülk olacaqdır. Çünki 70 minə yaxın seçilmiş şəxs dünyanın hər bir guşəsindən Azərbaycana gələcək. Bu tədbirə qədər Azərbaycana heç vaxt gəlməyən və ölkəmiz haqqında məlumatı olmayanlar ölkəmizi real həyatda, öz gözləri ilə görəcəklər. Bu, ilk növbədə ölkəmizin turizm sektorunun inkişafına təsir edəcəkdir.

COP29 müasirlik gətirən tədbirdir. Çünki, iqlim dəyişikliklərə qarşı mübarizəni müasir texnologiyalardan istifadə etmədən mümkün deyil. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik ölkədir. Hətta 2030-cu ilə qədər enerji gücümüzün 30%-ni bərpa olunan enerjisinin istehsalı üzərinə keçirməyi planlaşdırmışıq. O cümlədən Avropaya yeni yaşıl enerji ixrac xətləri tikiləcəkdir. Təbii ki, bu layihələrin icrası böyük investisiyalar tələb edəcək. COP29-un ölkəmizdə keçirlməsi investorlarda ölkəmizin bərpaolunan enerji sektoruna investisiyaların yatırılmasına marağı çoxaldacaqdır. Həmçinin ölkəmizə səfərə gələcək dövlət başçıları, investorlar ölkəmizin biznes mühiti ilə tanış olacaqlar. Azərbaycanda Ələt Azad İqtisadi Zonası, Sənaye parkları tikilib investisiyalar üçün açıq elan edilib. Bu sahələrdə investisiya qoyulacaq investorlara xüsusi güzəştlər təklif olunur. Qanunlarımızla təklif olunan güzəştlər, xammal ehtiyalarımız, ölkəmizin yerləşdiyi coğrafiya və yaratdığımız nəqliyyat dəhlizləri ölkəmizə investisiya axınlarını sürətləndirəcəkdir. Təbii ki, investisiyaların çox yerləşdilməsi yeni müəssisələrin və iş yerlərinin yaranması deməkdir. Bu baxımdan COP29-un iqtisadiyyata verəcək töhfələr ölkəmizin sosial həyatında da hiss olunacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə