Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının Rəsmi Tərəfdaşı olub

8 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisinin açılışı olub.

3 Mayın 15-də Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) açılışı olub. Sərgidə 38 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə rekord sayda milli və regional stendlərin nümayişi baş tutub.

Sərgini Azərbaycanın müxtəlif dövlət və şirkət nümayəndələri, yüzlərlərlə qonaq ziyarət edibBazarstore “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatının rəsmi tərəfdaşı olub. Sərgidə həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan, dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatı keçirilib.

Ənənəvi olaraq, bu il də çempionatın əsas tərəfdaşlarından biri Bazarstore olub. Minlərlə ziyarətçi sərgi zalında qurulan Bazarstore mağazasını ziyarət edib, fəaliyyəti il ətraflı maraqlanıb. Həmçinin xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlar tərəfindən edilən məhsul təklifləri dəyərləndirilib.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək , 93 mağazası ilə ildə 45 milyon müştəriyə, ölkə üzrə 110 min kvadrat metr-dən artıq satış sahəsində, 3700-ə yaxın çalışanı ilə xidmət göstərir.

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.

Bazarstore

PR və Marketinq şöbəsi, +99412 404 19 70-75 (dax: 4009)

Bütün xəbərlər Facebook səhifəmizdə