Dünya Bankı Avropa və Orta Asiya iqtisadiyyatlarına dair hesabat dərc etdi

Dünya Bankı Türkiyə iqtisadiyyatının bu il 3 faiz, gələn il isə 3,6 faiz inkişaf edəcəyini proqnozlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, Dünya Bankı Avropa və Orta Asiya iqtisadiyyatlarına dair hesabatını dərc edib.
Hesabatda bu il Avropa və Orta Asiya regionunun inkişaf etməkdə olan iqtisadiyyatlarında yavaşlamanın gözlənildiyi bildirilib.
Hesabatda bildirilib ki, Türkiyə iqtisadiyyatının bu il 3 faiz, gələn il isə 3,6 faiz inkişaf edəcəyi gözlənilir.
Dünya Bankının hesabatında həmçinin qeyd olunub ki, inflyasiya səviyyəsinin sərt pul siyasəti nəticəsində may ayında tədricən azalacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə