Türkiyənin kişmiş ixracatından əldə etdiyi gəlir 25 faiz artıb

Türkiyənin kişmiş ixracından əldə etdiyi gəlir ötən mövsümlə müqayisədə 25 faiz artaraq 333 milyon dollara çatıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ege İxracatçılar Birliyindən verilən bəyanatda bildirilib. Bəyanatda Türkiyenin kişmiş ixracatından əldə etdiyi gəlirin 25 faiz artdığı vurğulanıb.
Ən çox ixracın İngiltərə, Hollandiya və Almaniyaya edildiyi bildirilib.
Avstraliya, Yaponiya və Kanadaya həyata keçirilinən ixrac əməliyyatında da rekord artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə