Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları artıb

Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları artıb

Cari ilin yanvar-fevral aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 11,5 faiz artaraq 372,2 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.

Yalnız fevral ayında isə əcnəbilər bank kartları vasitəsilə 184,3 milyon manatlıq əməliyyat aparıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə