Ramazan ayında qızıl bazarında vəziyyət necədir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Dünya bazarında hal-hazırda qızıl ən yüksək qiymətdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu gün də dünya bazarında qiymətlər artır: "Bunun da müxtəlif səbəbləri var. Qızılın qiymətini onilliklərlə müqayisə etsək, ən yüksək qiyməti bu günlərdədir. Bunun da səbəblərindən biri qızıla dünya bazarında tələbatın yüksək olmasıdır. Xüsusilə də, Çin, Hindistanda qızıl alışı fərdi şəxslər tərəfindən artır. Həm də dünya mərkəzi bankları qızıl alışını artırır. Bunun da səbəbi dünyada müşahidə olunan geopolitik gərginlik, müharibələrdir.
Dünya mərkəzi bankları - Çin, Hindistan, Rusiya, Türkiyə, Braziliya kimi ölkələrin mərkəzi bankları da böyük həcmli qızıl alırlar. Ümumiyyətlə, qızıl risk artan zaman yatırımçıların maraq göstərdiyi aktivdir. Çünki təhlükəsiz aktiv hesab olunur. Qeyri-müəyyən risklər artanda riskin sığortalanması üçün investorlar qızıla yatırım edirlər. Digər məqam isə son həftələrdə qiymətlərin niyə sürətlə artmasıdır. Burada dünya banklarının bu il ucuz pul siyasətinə başlayacağına aid əminliyin artmasıdır. Yəni, xüsusən, Amerika Mərkəzi Bankı faiz dərəcələrini azaldacaq. Bu da qızıl qiymətlərinə əlavə stimul verir. Bu səbəblərdən biz qızılın bahalaşmasını müşahidə edirik.
Qızıl qiymətləri dünya bazarında artdığına görə Azərbaycanda da yüksək olaraq qalır. Dünya bazarında 1,4% qiymət qalxır. Biz bunu dərhal hiss etmirik. Amma bir müddətdən sonra yüksək qızıl xammalı, əmtəəsi qızıl məhsullarında da bahalaşma dalğası gətirir. Bunun təsiri birmənalıdır. Müəyyən zaman intervalları ilə olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB