"Kənar müdaxilələrə yol verilmir, şəffaflıq qorunur” - İQTİSADÇI FİKİR BİLDİRDİ

“MİDA tərəfindən təklif edilən mənzillərin satışı elektronlaşıb. Bu gün hətta bəzi ölkələr tərəfindən bu satış mexanizmi öyrənilir. Çünki satış elektron olduğundan kənar müdaxilələrə imkan verilmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, proses elektron olduğuna görə, şəffaflıq tam təmin edilir: “Sözsüz ki, ev almaq istəyənlərin sayı çox, satışa çıxarılan evlərin sayı isə nisbətən azdır. Buna görə də ev almaq istəyənlərin və ev alanların sayına birbaşa təsir göstərir. Amma bu mexanizmlə bağlı proses deyil, çünki evlərin sayı məhduddur. Satışın hansı mexanizmlə həyata keçirilməsindən asılı olmayaraq, müraciət edənlər arasında yalnız evlərin sayı qədər ev ala bilən vətəndaşlarımız olur.

Gələcəkdə MİDA tərəfindən inşa edilən evlərin sayı artdıqca, daha çox mənzillər satışa çıxarıldıqca daha çox vətəndaşımızın bu imkanlardan yararlandığını müşahidə edəcəyik. Amma bütövlükdə MİDA-nın tətbiq etdiyi sistem tam elektrondur və bu səbəbdən də kənar müdaxilələrə yol verilmir, şəffaflıq qorunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə