DİQQƏT!!! Azərbaycanda dollar bahalaşacaqmı? - EKSPERT AÇIQLADI

DİQQƏT!!! Azərbaycanda dollar bahalaşacaqmı? - EKSPERT AÇIQLADI

Mart ayında ölkədə dolların kəskin bahalaşacağı iddia edilir. Bu iddialar nə qədər realdır? SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirovun fikrini alıb.

O bildirib ki, Azərbaycanda manatın məzənnəsini bazar yox, Mərkəzi Bank təyin edir, yəni tənzimləmə prosesi məhz inzibati yolla həyata keçirilir: “Kiminsə hansısa ayda manatın ucuzlaşacağı ilə bağlı fikir söyləməsini birmənalı qarşılamaq olmaz. Bu qərar Mərkəzi Banka aiddir. Bununla bağlı nə mən, nə də başqasının ucuzlaşacaq yaxud da bahalaşacaq deməsi doğru deyil”.

Ekspertin sözlərinə görə, hazırkı məqamda onu qeyd etmək olar ki, manata olan təzyiqi qarşılamaqdan ötrü ölkənin kifayət qədər resursu var: “Eyni zamanda ölkədə makro iqtisadi tarazlığın qorunub saxlanması üçün manatın məzənnə stabilliyinə üstünlük vermək lazımdır. Buna əməl olunub-olunmaması nə jurnalistlərin, nə iqtisadçının, nə də başqa bir qurumun məsələsi deyil. Bu Mərkəzi Banka bağlı məsələdir. Amma mən düşünmürəm ki, yaxın bir neçə ayda devalvasiya olsun”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə