“Azərbaycan iqtisadiyyatı üçün ən vacib dövr 2015-ci ildən sonra başlayır” - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan iqtisadiyyatı üçün ən vacib dövr 2015-ci ildən sonra başlayır” - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan iqtisadiyyatı müstəqillik illərimizdə fərqli yollar keçib. Nəzərə alsaq ki, müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatında tənəzzüllə yadda qaldı. Həmin dövrdəki hakimiyyətin səriştəsiz idarəetməsi ölkə iqtisadiyyatında ciddi problemlərin yaşanmasına səbəb olub. 1993-cü ildə isə Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması ilə iqtisadi proseslərin tənzimlənməsi müşahidə olunmağa başlandı və iqtisadiyyatda stabillik yarandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatında stabilləşmə və inkişaf müşahidə olundu: “2006-cı ildən etibarən isə Azərbaycan iqtisadiyyatına neft satışından daxil olan valyuta nəzdində artımlar oldu. Bu da təbii ki, infrastrukturun gücləndirilməsi və fərqli layihələrin reallaşdırılmasına imkan yaratdı.

Azərbaycan iqtisadiyyatı üçün ən vacib dövr 2015-ci ildən sonra başlayır. Məhz 2015-ci ildən etibarən iqtisadiyyatla bağlı islahatların sürətlənməsi və qeyri-neft sektorunun payının artırılması müşahidə olundu. Əgər 2015-ci ildə qeyri-neft sektorunun büdcə gəlirlərində payı 20 faiz idisə, bu rəqəm 2023-cü ilin yekunlarında 50 faizə qədər yüksəldi. Artıq yeni dövr başlayıb və bu dövrün özünün hədəfləri var. İqtisadiyyatın inkişafına daha geniş imkanlar yaradan islahatların dərinləşməsi, monopoliyanın minimallaşdırılması kimi hədəflər iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə