“Lada” avtomobilləri Azərbaycanda yığılacaq...

“Lada” avtomobilləri Azərbaycanda yığılacaq...

Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçı şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasının təşkili ilə bağlı danışıqlar aparır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov jurnalistlərə bildirib.

“Danışıqlar aparırıq və “AvtoVAZ”ın nümayəndə heyəti bu günlər Azərbaycandadır. Nümayəndə heyəti gələcək tərəfdaşlarımızın istehsal müəssisələrinə baxacaq. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq”, - deyə M.Sokolov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə