Bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verilib

Bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Lenk Fruit” MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verib. SİA xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Lənkəranda icra olunacaq layihə nəticəsində 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə