“Qırmızı Körpü” gömrük postunda 508 avtomobil gözləyir - AYNA
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 508 avtomobil gözləyir. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 58, “Samur” gömrük postunda 37 və “Xanoba” gömrük postunda 15 yük maşını var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB