Mərkəzi Bank bu il valyuta bazarından 1,4 milyard dollar alıb

Mərkəzi Bank bu il valyuta bazarından 1,4 milyard dollar alıb

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi alışyönlü olub - 1,4 milyard ABŞ dolları təşkil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, nəticədə qurumun valyuta ehtiyatları 20,3 % artaraq 10,8 milyard ABŞ dollarını keçib.

"Tədiyə balansının cari əməliyyatlar hesabında iri profisitlə əlaqədar (9 ayda 6,7 milyard ABŞ dolları və yaxud ÜDM-in 12,5 %-i qədər) ilin əvvəlindən bəri AMB-də keçirilən valyuta hərraclarının 95 %-də təklif tələbi üstələyib", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə