“Əsas məqsəd Qarabağdakı flora və faunanın qorunmasıdır“ - İQTİSADÇI DANIŞDI

“Əsas məqsəd Qarabağdakı flora və faunanın qorunmasıdır“ - İQTİSADÇI DANIŞDI

“Qarabağda aparılan işlər içərisində hökumətin əsas siyasəti Qarabağdakı flora və faunanın qorunmasıdır. Buna görə də orada əsasən yaşıl enerji konsepsiyasına üstünlük verilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda əsas istiqamət kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdirilməsidir: “Eyni zamanda turizmin inkişafı da mühüm məsələlərdəndir.

Qarabağ və Şərqi Zəngəzurda sənaye sektorunun inkişafı baxımından yaxşı tikinti materialları ehtiyatı var. Qızıl, gümüş yataqlarından da isdifadə edilməsinə böyük ehtiyac var. Bütün bunlar birbaşa olaraq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına verəcəyi töhfələrdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə