“Brent” markalı neft bahalaşıb

ABŞ-də ehtiyatların ardıcıl ikinci həftə azalması ilə bağlı məlumatlardan sonra neft qiymətləri artıb. SİA xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1barel üçün 74,59 dollar ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,44 % çoxdur.

Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 0,3 % bahalaşaraq 1 barel üçün 69,68 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə