Azərbaycanda aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır. SİA xəbər verir ki, bunu Agentliyin şöbə müdiri Rövşən Məmmədli Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, fermerlər girov təminatından çox dövlət zəmanəti ilə kredit əldə edə bilərlər.
"Əgər kreditin 50 %-nə dövlət zəmanəti versə, fermerin girov qoymasına ehtiyac olmaya bilər", - deyə nazirlik rəsmisi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB