"Son illərdə ödəniş sektoru intensiv şəkildə inkişaf edir" - Fərid Quliyev

"Son illərdə ödəniş sektoru intensiv şəkildə inkişaf edir" - Fərid Quliyev

"Bu cür forumlar sektor üçün çox faydalıdır. Son illərdə ödəniş sektorunun intensiv inkişafı hər kəsə məlumdur. Bu dinamikanın qarşılığında müəyyən çağırışlar yaranır ki, bütün bazar iştirakçıları buna cavab verməlidir". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda "AzəriCard"ın baş icraçı direktoru Fərid Quliyev deyib.

"Cari ilin ilk 9 ayı ərzində "AzəriCard" olaraq 340 milyon ətrafında uğurlu tranzatsiya emal etmişik ki, bu da keçən illə müqayisədə 42% daha çoxdur. Bütün bunlar onu göstərir ki, bazar kifayət qədər intensiv inkişaf edir. Bu inkişafın tələblərinə cavab vermək üçün bugünkü günün reallığına uyğun olaraq ən düzgün yanaşma maliyyə texnologiyalarının yeni texnologiyalar zamanında tətbiq edilməsidir. Hər zaman çalışırıq ki, bazarın bütün tələblərinə vaxtında riayət edək",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə