"Kibertəhlükəsizliyin təmin edilməsi..."

"Kibertəhlükəsizliyin təmin edilməsi..."

“Azərbaycanın informasiya məkanının mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir”. SİA xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında deyib.

Nazir sözlərinə belə davam edib: “İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi qlobal səviyyədə kiberhücumların sayının artmasına səbəb olur. Azərbaycanın informasiya məkanının mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir.

Vətən müharibəsi, eyni zamanda ötən dövrdə həyata keçirilən antiterror tədbirləri zamanı ölkəmizə məxsus internet informasiya resurslarına qarşı hücumların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Kibertəhlükəsizlik Mərkəzinin ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasında, cəmiyyətin bütün üzvlərinin bu prosesə tam hazırlıqlı olması üçün önəmli rol oynayır. Kibertəhlükəsizliyin təmin edilməsi müasir avadanlıq və proqram təminatlarının tətbiq edilməsi deyil, həmçinin insan, proseslər və texnoloji amillərin birlikdə dəyərləndirməsi ilə mümkündür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə