“Azərbaycanda iki yeni data mərkəzinin istifadəyə verilməsi istiqamətində layihələndirmə işləri aparılır”. SİA xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında deyib.
Nazir sözlərinə belə davam edib: “Bu, Azərbaycanın bulud xidmətləri sahəsində imkanlarını genişləndirəcək. Artıq 100-dən çox dövlət qurumu “Hökumət Buludu”na inteqrasiya edilib. Hazırda bulud xidmətləri Bakı və Yevlaxda yerləşən iki data mərkəzindən idarə edilir. Məhz bu xidmətlərin genişləndirilməsi məqsədi ilə iki yeni data mərkəz yaradılır. Artıq bunun üçün beynəlxalq tərəfdaş da cəlb etmişik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB