“Azərbaycan əhalisinin 85 faizindən çoxu internetdən istifadə edir” - TAHİR MİRKİŞİLİ

“Azərbaycan əhalisinin 85 faizindən çoxu internetdən istifadə edir” - TAHİR MİRKİŞİLİ

”Biz istənilən məkanda olduğu kimi kiberməkanda da müharibəyə hazır olmalı və bu məkanda döyüşçülər hazırlamalıyıq”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.

Deputat sözlərinə belə davam edib: “Bu gün Azərbaycan əhalisinin 85 faizindən çoxu internetdən istifadə edir. Həmçinin, ölkədə internetdən istifadə də senzura yoxdur. Rəqəmsallaşma vacib olsa da, onun Azərbaycan üçün gələcək təhlükələri də mövcuddur. Son illərdə bu sahədə görülən işlər nəticəsində Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Bu sahədə milli kadrların hazırlanması olduqca vacibdir. Kibertəhlükəsizlik sahəsində milli kadrlar olmadan hər hansı işdə nəticə əldə etmək mümkün deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə