“Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir - YENİLƏNİR - FOTOLAR

“Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün "Bakı Konqres Mərkəzi" MMC-də “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir. SİA xəbər verir ki, sabah başa çatacaq tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə baş tutur.

CIDC-2023-də 14 yerli və 27 xarici şirkət, 5 dövlət qurumu və 8 startap təmsil olunur, 1 700-dən çox qonaq iştirak edir. DTX-nın rəisi Əli Nağıyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev də iştirakçılar arasındadır.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə