"Türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsini arzu edirik" - Nofəl Kazımov

"Türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsini arzu edirik" - Nofəl Kazımov

"Bu mötəbər tədbir sadəcə bir yarış deyil. Əsas məqsəd türkdilli dövlətlərin bir araya gəlmələridir. Adətən post-sovet ölkələri rus dilində ünsiyyət qururlar. Amma təbii ki, istəyərik ki, ortaq dilimiz türk dili olsun. Hər birimiz bu dildə danışıb bir-birimizi başa düşək". Bu sözləri Hadrutda keçirilən Türkdilli dövlətlərin gənc energetikləri arasında I Beynəlxalq Peşə Ustalığı Yarışması çərçivəsində SİA-ya açıqlama verən "Azərişıq" ASC-nin mülki müdafiə qərargahının rəisi Nofəl Kazımov deyib.

Onun sözlərinə görə, yarışın əsas məqsədlərindən biri xilasetmə ilə bağlı biliklərə malik olmaq, insanları vaxtında xilas etmək, yeni növ texnologiyalardan istifadə bacarığının inkişafıdır: "İstəyirik ki, türkdilli dövlətlər arasında münasibətlər daha da dərinləşsin və bu yarış davamlı olsun".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə