“Ərzaq məsullarının qiymətlərində artım gözləniləndir” - DEPUTAT AÇIQLADI
“İnflyasiya səviyyəsinə uyğun olaraq ərzaq məsullarının qiymətlərində də artımın tənzimlənməsi gözləniləndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, hədəf növbəti dövrlərdə inflyasiya səviyyəsinin tənzimlənməsi və azaldılmasından ibarətdir: “Bu səbəbdən də Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olmaq mümkün olarsa, bu həm də ərzaq məsullarının qiymətinin optimallaşmasına imkan yaradacaq ki, ərzaq məsullarının qiymətlərindəki artım tempinin qarşısı alına bilsin. Gələcəkdə yerli məsul istehsalının genişləndirilməsi və istehsalın artırılması ərzaq məsullarının qiymətinin tənzimlənməsi və optimallaşmasına kömək edə bilər”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB