92 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. SİA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 92 min 588 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB