Azərbaycanda daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb
2023-cü ilin II rübündə ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.5 mlrd. dollar olub. Bunun 76%-i 2.7 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.
Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edək ki, bu məbləğin əsas hissəsini (2.1 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (161.6 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (232.1 mln. dollar) və digər ödənişlər (142.8 mln. dollar) təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB