“Ödənişli yola alternativ ödənişsiz yol da olmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Ödənişli avtomobil yollarının çəkilməsi dünya təcrübəsində geniş yayılıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.

Elşən Bağırzadə sözlərinə belə davam edib: “Bu baxımdan, Azərbaycanda da belə yolların olmasında problem görmürəm. Sadəcə, mütərəqqi dünya təcrübəsi belədir ki, ödənişli yola alternativ ödənişsiz yol da olmalıdır və bu yol minimum tələblərə cavab verməlidir. Adıçəkilən qərarda ödənişsiz alternativ yolun da olması qeyd edilib. Düşünürəm ki, bu da yaxşı haldır.
Qərarın 7-ci bəndində Tarif Şurasına tapşırıq verilir ki, ödənişli yol üzrə tarifləri konkret kriteriyalar əsasında müəyyən etsin. Bu kriteriyalar hansılardır? Bunlar avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayıdır. Düşünürəm ki, bu kriteriyalar dünya təcrübəsinə kifayət qədər uyğundur.
Əgər ödənişli yol, ödənişsiz alternativ yol ilə müqayisədə daha keyfiyyətli, qısa və effektiv olacaqsa, ödənişli yoldan istifadə edənlərin sayı da çox olacaqdır. Xüsusilə də, beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələri üçün bu alternativlərin olması ölkənin tranzit imkanlarının yaxşılaşması baxımından əhəmiyyətlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB