"Dövlətin qəbul etdiyi qərarları icra etmək lazımdır" - ŞƏRH EDİLDİ
“Hesab edirəm ki, mənzillərin məcburi sığortası ilə bağlı qərar olduqca önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, baş verən qəza hadisələrində vətəndaşların çətinliklərlə üzləşdiyinin şahidi oluruq: “Lakin mənzillərin məcburi sığortası nəticəsində artıq bir çox problemlər aradan qalxacaq və daha tez həll ediləcək. Buna görə də vətəndaşları mənzillərini sığortalamaq məsələsində diqqətli və fəal olmağa dəvət edirəm. Eyni zamanda mənzilini sığortlamayanlar üçün qanunvericilikdə bir sıra cəzalar yer alıb. Çünki dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşıb, icra etmək lazımdır. Hər şeydən öncə bunu öz gələcəyimiz üçün etməliyik”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB