Yüngül sənyedə 78,4 milyon manatlıq məhsul istehsal edilib

Yüngül sənyedə 78,4 milyon manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-iyun aylarında paytaxtda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 78,4 milyon manat dəyərində məhsul istehsal edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 8,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 55,0 faiz, geyim istehsalında 38,2 faiz azalma müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə