“Respublikamızda təxminən 1 milyon 200 min ha əkin sahəsi mövcuddur. Bugünkü gündə bu sahənin təxminən 60-65%-də Əkinçilik Elmi Tədqiqat İnstitutunun yaratdığı sortlardan istifadə olunmaqla əkin aparılır. Ümumiyyətlə, yeni sortların yaradılması iki istiqamətdə aparılır. Bunlardan biri hibridləşmə, digəri isə xaricdən gətirilmiş hibrid xətlər üzərində tədqiqatların aparılmasıdır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.
Onun sözlərinə görə, bu gün dünyada baş verən qlobal iqlim dəyişikliyi fonunda su çatızmazlığı faktoru xüsusi önəm daşıyır: “Ona görə də hazırda dünyada əsas çağırış quraqlığa davamlı yeni sortların yaradılmasıdır. 2019-cu ildə bu istiqamətdə molekulyar işlərin aparılması üçün laboratoriya yaradılıb. Artıq son tamamlanma işləri gedir. Bu istiqamətdə işlərimiz davam edir ki, gələcəkdə molekulyar səviyyədə tədqiqatların aparılması və konkret olaraq məqsədəuyğun şəkildə yeni sortların yaradılmasın təmin olunmasını planlaşdırmışıq”.
“Bugünkü gündə ölkə əkin sahəsində ən çox əkilən buğda və arpa sortlarıdır. Bu sortlar hibridləşmə yolu ilə, eyni zamanda xaricdən gətirilmiş və quraqlığa davamlı olan bitomniklərdən seçilir.
Bölgələrə uyğun adaptasiya ola bilən, özünü əkin dövründə yaxşı göstərən hibridlər seçilir. Üç ildən sonra onlar fermer təsərrüfatlarında tətbiq olunur. Kompleks əlamətlərə davamlı olan nümunələr seçilərək rayonlaşma üçün Aqrar Xidmətlər Agentliyinə təhvil verilir. Orada da yoxlanışdan keçdikdən sonra sort kimi əkin dövriyyəsinə qatılır”-, deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB