Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
İyulun 28-i, saat 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Qəbələ Mədəniyyət Mərkəzində Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbul üçün (012) 510 93 33 və 055 465 23 68 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Qəbələ Ərazi İdarəsinə (telefon: 055 453 78 67, elektron ünvan: [email protected]) 26 iyul saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB