"Mərkəzi Bank dövlət siyasətini həyata keçirməyəcək" - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Düşünürəm ki, Mərkəzi Bankın iqtisadi imkanlarının genişləndirilməsi onun inkişafına imkan verəcək. Artıq Mərkəzi Bank dövlət siyasətini həyata keçirməyəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, qurum maliyyə kredit siyasətinin həyata keçirilməsində müstəqil qərarlar verəcək: "Bu da bankın ölkənin maliyyə monetar siyasətini idarə etməsində daha çox beynəlxalq təcrübəni tətbiq etməyə və yararlanmağa imkan verəcək. Həmçinin, Mərkəzi Bank gələcəkdə ölkəyə kreditlər və dünya maliyyə qurumlarından vəsaitlər cəlb edərək öz fəaliyyətini daha da təkmilləşdirə bilər”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, artıq heç bir dövlət orqanı və qurumu Mərkəzi Bankın fəaliyyətini yoxlaya bilməz: "Bu da Mərkəzi Bankın Maliyyə Nazirliyindən asılılığını aradan qaldırır. Hesab edirəm ki, gələcəkdə məzənnənin tənzimlənməsində, manatın məzənnəsinin formalaşdırılmasında, işlək bazar mexanizmlərinin tətbiqində Mərkəzi Bankın iqtisadi müstəqilliyi olacaq. Manatın dəyərinin düzgün tənizmlənməsində Mərkəzi Bankın da öz rolu olacaq. Bu qanun qurumun ölkənin pul kredit siyasətinin daha da səmərəli qurulmasına, banklar və sığorta şirkətlərinin fəaliyyətinin tənzimlənməsində imkanlarını artıracaq. Eyni zamanda, ölkədə kredit siyasətinin daha da səmərəli olmasına təsir göstərəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB