Əlaqələrin genişləndirilməsi müzakirə edilib

Əlaqələrin genişləndirilməsi müzakirə edilib

Ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. KOBİA-dan SİA-ya bildirilib ki, görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına və birgə biznes platformasının yaradılmasına dair fikir mübadiləsi aparılıb, agentliyin fəaliyyəti barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə