"Yeni yatırımlarla birgə inkişaf edək" adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün İnvest.az şirkətinin yeni ofisində "Yeni yatırımlarla birgə inkişaf edək" adlı Azərbaycan Respublikası Mərkəzi Bankının, böyük şirkətlərin rəhbər nümayəndələrinin, investisiya şirkətlərinin, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin iştirakı ilə təqdimat tədbiri keçirilir. SİA xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı film təqdim olunub.
Tədbir iki əsas mövzu ətrafında təşkil olunub. Birinci mövzu "Heydər Əliyev - 100 il və iqtisadi islahatlar irsi"dir. İkinci mövzu isə "A.R. Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı"dır.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB