Dövlət satınalmaları zamanı əməliyyatların valyutası müəyyən olunur
Azərbaycanda təchizatçılar (qeyri-rezident hüquqi və fiziki şəxslər istisna olmaqla) satınalma təkliflərində qiymətləri Azərbaycanın pul vahidi – manatla göstərməlidir. SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, qeyri-rezident hüquqi və fiziki şəxslərin satınalma təklifləri şərtlər toplusunda müəyyən edilmiş xarici valyuta ilə göstərildikdə, satınalma təkliflərinin təqdim edilməsinin son gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB