Türkiyənin startaplara dəstək göstərən şirkətləri ilə görüş olub

Türkiyənin startaplara dəstək göstərən şirkətləri ilə görüş olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Alternatif SuperApp” şirkətinin baş icraçı direktoru Zeynel Enes Mirza və “Fonangels” platformasının təsisçisi Yavuz Kuş ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, KOBİA-dan bildirilib ki, görüşdə müvafiq şirkətlərin ölkəmizə investisiya qoyuluşu imkanlarına, məhsullarının yerli bazarda tanıdılmasına, Azərbaycan startaplarının layihələrinin “Fonangels” platforması vasitəsilə maliyyələşdirilməsi və dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə