"Bakı Enerji Həftəsi"nin iqtisadiyyatımıza təsiri nədən ibarətdir? - İQTİSADÇI EKSPERT AÇIQLADI
“”Bakı Enerji Həftəsi ölkəmizdə keçirilən ənənəvi tədbirlərdən biridir. Hər il Beynəlxalq Xəzər Neft və Qaz Enerji Həftəsi keçirilir. Bu tədbirin çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, dünyanın enerji təminatında və əsasən Avropanın enerji təchizatında hər il ölkəmizin rolu artmaqdadır: “Bu cür tədbirlərdə 30-ya yaxın ölkələrdən 250-yə qədər şirkətlər iştirak edir. Bu gün Azərbaycan hidrokarbogen resurslardan əlavə həm də alternativ və bərpaolunan "Yaşıl enerji" üzrə öz potensialını artırmaqdadır. Növbəti illərdə ölkəmizdə 500 meqavitə qədər Yaşıl və alternativ bərpaolunan enerji istehsaı nəzərdə tutulub. Artıq 9-a yaxın Avropa ölkəsi ilə enerji sahəsində əməkdaşlıq edirik”.
Eyyub Kərimli sözlərinə belə davam edib: “Bu cür tədbirlərin keçirilməsi Azərbaycana Avropa ölkələrinin marağını daha da artırır. Bu ölkəmizin Yaşıl və bərpa olunan enerjisinə əlavə investisiyaların qoyulması, böyük şirkətlərin bura marağının cəlb edilməsidir. Həm də qeyri-neft sektorunun inkişafıdır.
Digər tərəfdən ölkəmizin artan enerji resursları potensialı dünyada maraq doğurur və biz əməkdaşlıq xəritəmizi dünyada daha da genişləndiririk. Bilirsiniz ki, bu yaxınlarda Litva və Şimali Avropa ilə da qaz təchizatı ilə bağlı müəyyən sazişlər bağlanıb. Bu baxımdan enerji həftəsinin ölkəmizdə keçirilməsi çox vacib bir tədbirdir və ölkəmizin artan potensialının, inkişaf edən iqtisadiyyatının bariz nümunəsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB