Ağalarov Bakı yaxınlığındakı kurorta bir milyard dollar sərmayə qoyacaq

İş adamı Emin Ağalarov Bakı yaxınlığında yerləşən “Sea Breeze” istirahət mərkəzinə 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Layihələrə Kolizey formasında konsert zalı və kruiz gəmisi formasında otel daxildir.

“Artıq kompleksə 700 milyon dollara yaxın sərmayə qoyulub, amma düşünürəm ki, yaxın bir neçə ildə biz təxminən 1 milyard dollara arxalana biləcəyik” .

SİA-nın əldə etdiyi məlumata görə, Emin Ağalarov bildirib.

İş adamının sözlərinə görə, artıq 500 min kvadratmetrə yaxın daşınmaz əmlak tikilib. Hazırda kotteclərdən tutmuş böyük otellərə qədər 50-yə yaxın müxtəlif bina tikilir.

TASS xəbər verir ki, o əlavə edib ki, bir il ərzində kurortda daha yüz bina tikilməyə başlayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə