Azərbaycanda 2022-ci ilin sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb

Azərbaycanda 2022-ci ilin sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb

2022-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat üçün 3 464 365 772 manat vəsait xərclənib. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Bu vəsaitin 249 483 029 manatı sosial müdafiə, 4 807 771 manatı sosial təminat, 3 210 048 395 manatı sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üzrə xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə