"Son dönəmlər 100-dək avtobus yenilənib" - BNA AÇIQLADI

"Son dönəmlər 100-dək avtobus yenilənib" - BNA AÇIQLADI

Vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz müntəzəm sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə tədbirlər davamlı olaraq aparılır. BNA-dan SİA-ya verilən rəsmi açıqlamada bildirilib ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəz edilməsi ilə bağlı konkret tapşırıqlar qoyulub: "Tapşırığa əməl etməyən daşıyıcıların istismarında olan xətlər qanunvericiliyin tələbinə əsasən müsabiqəyə çıxarılır. Son 8 ayda müsabiqə yolu ilə xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində 7 sayda müntəzəm marşrut xətti üzrəümumilikdə 100-dək avtobus yenilənib".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə