“Azəriqaz” rəhbərliyi Xızı və Siyəzən sakinlərinin müraciətlərini dinləyəcək

“Azəriqaz” rəhbərliyi Xızı və Siyəzən sakinlərinin müraciətlərini dinləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin Xızı və Siyəzən sakinləri ilə görüşü olacaq. İB-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbul mayın 8-də saat 11:00-da Xızı rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Xızı və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 73 13; 023 31 5 04 53) müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə