“Kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaranır” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaranır” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanda dövlətə məxsus qeyri-yaşayış sahələrinin kvadratmetrinin bir manatdan icarəyə verilməsi dünya praktikasında da tətbiq edilən bir təcrübədir. Burada kiçik-orta sahibkarlara əmlakı icarəyə götürmək imkanı verilir və icarə haqları bazarla müqayisədə daha aşağıdır. Bu isə sahibkarlar üçün üstünlük deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən isə dövlət xidməti əmlakı icarəyə verməklə praktik olaraq gəlir əldə etmiş olur: “Bu həm də dövlət xidmətinin gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından vacibdir. Əmlakın daha ucuz qiymətə icarəyə təklif olunması həm kiçik-orta sahibkarlar üçün yeni imkanlar yaradır, həm də dövlət xidməti üçün öz fəaliyyətini təkmilləşdirmə və genişləndirmək baxımından maliyyə bazasını gücləndirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə